14 avqust 2026. Cümə

İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxdu


İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxdu

İngiltərə Çempionşipində mübarizə aparan klublardan növbəti dəfə koronavirus testi götürülüb.

Corner.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

24 klubdan 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Adlar açıqlanmayıb.

Test nəticəsi müsbət çıxan şəxslər xüsusi nəzarətə götürülüblər.

Qeyd edək ki, daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.(qol)







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”