6 dekabr 2025. Şənbə

Son əsgərliyindən danışdı


Son əsgərliyindən danışdı
"İnsanların nə fikirləşdiyini bilmirəm, amma mənim üçün üç həftə çox uzun çəkdi. Ancaq maraqlı sınaq idi”.

Corner.az xəbər verir ki, bu sözləri "Tottenhem"in hücumçusu Son Hın Min klubun saytına açıqlamasında deyib.

Karantin müddətində Cənubi Koreyanın Jeju adasında 3 həftəlik hərbi xidmətdə olan 27 yaşlı hücumçu bu barədə danışıb. O, çətinlik çəksə də, bundan zövq aldığını bildirib: “İlk gün qəribə idi, amma qısa müddət sonra bir-birimizi tanımağa başladıq. Kazarmalarda 10 nəfərlə qalırdıq və bir-birimizə kömək edirdik.

Fiziki cəhətdən indi yaxşıyam. Maksimum səviyyədə olmaq üçün çox çalışıram və buna yaxınlaşmışam. Məşqlərə davam edirik. Musa Sissoko, Harri Keyn, Stivn Berqveyn də geri dönüb. Hamı oynamaq istəyir, komandada motivasiya var".

Qeyd edək ki, son 157 nəfərlik taborda ən yaxşı performans göstərən əsgərlərdən olub. Güllə atıcılığında maksimum nəticə göstərdiyinə görə ona xüsusi diplom təqdim olunub.(qol)





İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır