10 may 2026. Bazar günü

Mançester Yunayted'lə oyun ləğv olundu


Mançester Yunayted'lə oyun  ləğv olundu

"Mançester Yunayted" və "Stok Siti" klubları arasındakı yoldaşlıq matçı oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.

Corner.az-ın "Manchester Evening News" nəşrinə istinadən verdiyi məlumata görə, buna  Stok Sitinin baş məşqçisi Maykl ONilin koronavirusa yoluxması səbəb olub.

Matç iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında keçirilməli idi. "Mankunianlar" oyunöncəsi hazırlıqlara başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər. Komandanın futbolçuları "Stok Siti"dən heç kiminlə təmasda olmadıqlarından, onların yoluxma ehtimalı yüksək deyil.

Qeyd edək ki, "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-ci yeri tutur. "Stok Siti" isə Çempionşipdə çıxış edir. 







İngiltərə P.L.

 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi
“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”