21 mart 2026. Şənbə

İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşkarlandı


İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Futbol Liqası (EFL) yeni koronavirus testlərinin nəticələrini açıqlayıb. 

Corner.az-ın EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, testdən Çempionşipdəki 24 klubun 1192 nümayəndəsi keçib. Onlardan 6-da nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib. 

Çempionşipdə 108 oyun və 3 - 7-ci yerləri tutacaq komandalar arasında ənənəvi pley-off qarşılaşmaları qalıb. Görüşlər azarkeşsiz keçiriləcək. Mövsüm iyunun 20-də bərpa olunacaq. 

Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında yoxlamaların 7-ci dalğası gerçəkləşib. Bütün futbolçular və klub nümayəndələrinin iştirak etdikləri testlərin nəticəsində yalnız 1 müsbət hal üzə çıxıb.(report)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər