8 noyabr 2026. Bazar günü

Dele Alliyə koronavirus cəzası


Dele Alliyə koronavirus cəzası

İngiltərə Futbol Assosiyasiyası "Tottenhem"in futbolçusu Delli Allini 1 oyunluq cəzalandırıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun koronavirusla bağlı fevralda etdiyi zarafatı olub. Bundan başqa, 24 yaşlı yarımmüdafiəçi 50 min funt sterlinq məbləğində cərimələnib.

Beləliklə, D.Alli İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Yunayted"lə oyunu buraxacaq.

Qeyd edək ki, ingilis futbolçu “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib. Zarafatın birmənalı qarşılanmadığını görən futbolçu daha sonra həmin videonu silərək üzr istəmişdi.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”