15 dekabr 2025. Bazar ertəsi

Liverpul çempion olsa, Kloppun heykəli ucaldılmalıdır


Liverpul çempion olsa, Kloppun heykəli ucaldılmalıdır

"Liverpul"un əfsanəsi Stiven Cerrard klubun baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, "Liverpul" İngiltərə Premyer Liqasının qalibi olacağı təqdirdə, alman mütəxəssisin heykəli ucaldılmalıdır:

"Yurgen Klopp dünyanın ən yaxşı məşqçisidir. O, "Liverpul"a gəldi və dərhal komandanı yeni bir səviyyəyə gətirdi. Yurgen işə başladığı zaman klub hətta ən yaxşı 4 klub sırasında deyildi. Onun rəhbərliyi altında komanda Çempionlar Liqasını və ilk İngiltərə titulunu qazana bildi.

Hesab edirəm ki, Yurgen mükafatlandırılmalıdır. Futbolda biz tez-tez insanların qazandıqları uğurları qiymətləndirmək üçün onların yaşlanmalarını gözləyirik. Ancaq "Liverpul" sahiblərinin buna imkan verməyəcəyini bilirəm. İngiltərə çempionluğunu qazandıqdan sonra Kloppun heykəli üzərində işlərə başlanmalıdır".

Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə çempionatında 29 turdan sonra 82 xalla liderdir. Komanda ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.(qol)







İngiltərə P.L.

“Çətin oyun idi, amma nəticə əladır”
  • İngiltərə P.L.
  • 23:24 14.12.2025
“Çətin oyun idi, amma nəticə əladır”
 “Tottenhem” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 22:16 14.12.2025
“Tottenhem” səfərdən xalsız qayıdır
Haland Ronaldonu geridə qoydu
  • İngiltərə P.L.
  • 21:53 14.12.2025
Haland Ronaldonu geridə qoydu