15 dekabr 2025. Bazar ertəsi

Baş məşqçi Obameyanqı saxlamaq istəyirsə, bank yarmalıdır


Baş məşqçi Obameyanqı saxlamaq istəyirsə, bank yarmalıdır

 "Arsenal" klubunun sabiq futbolçusu Sol Kempbell Pyer-Emerik Obameyanqın komandadakı taleyi barədə fikirlərini bölüşüb.

Corner.az-ın məlumatına görə, "talkSPORT"a açıqlama verən 46 yaşlı veteran müdafiəçi qabonlu hücumçunun qol duyumunun yüksək olduğunu bildirib. Kempbellin sözlərinə görə, Obameyanqı əvəzləmək çətin olacaq. 

O, deyib ki, London təmsilçisi futbolçuya istədiyi maaşı vermirsə, onu əvəzləmək baha başa gələcək: "Arsenal"ın nə düşündüyünü bilmirəm. Amma bir il əvvəl onunla yeni müqavilə imzalayardım. Klub bir daha Robin Van Persinin gedişi zamanı düşdüyü vəziyyətdə olmayacağını söyləsə də, yenə həmin durumdadır. Baş məşqçi Mikel Arteta Obameyanqı saxlamaq istəsə, qalması üçün bankı qarət etməli olacaq". 

Qeyd edək ki, Pyer-Emerik Obameyanqın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. (report)







İngiltərə P.L.

“Çətin oyun idi, amma nəticə əladır”
  • İngiltərə P.L.
  • 23:24 14.12.2025
“Çətin oyun idi, amma nəticə əladır”
 “Tottenhem” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 22:16 14.12.2025
“Tottenhem” səfərdən xalsız qayıdır
Haland Ronaldonu geridə qoydu
  • İngiltərə P.L.
  • 21:53 14.12.2025
Haland Ronaldonu geridə qoydu