8 noyabr 2026. Bazar günü

Van Persidən sonra ilk het-trik


Van Persidən sonra ilk het-trik

"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal üçün İngiltərə Premyer Liqasının 31-ci turunda "Şeffild Yunayted"lə oyun (3:0) əlamətdar olub.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən göründə üç qol vuran 24 yaşlı hücumçu "qırmızı şeytanlar"da 7 ildən sonra ölkə çempionatı matçında het-trik edən ilk futbolçu olub. Bundan əvvəl klubun sabiq futbolçusu Robin van Persi 2013-cü ildə "Aston Villa" ilə görüşdə üç qol vurmuşdu.

Qeyd edək ki, A.Marsyal bu mövsüm 36 matçda 19 qol vurub, 5 qolun ötürməsini verib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”