21 mart 2026. Şənbə

Premyer Liqanın qalibi - Liverpul


Premyer Liqanın qalibi - Liverpul

İngiltərə Premyer Liqasında 31-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, bu turun son oyunun nəticəsindən sonra ölkə çempionatında bu mövsümün qalibi rəsmiləşib. Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"nin qonağı olub və meydandan məğlub ayrılıb - 1:2. Bu nəticədən sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 23-də saxlayaraq, yarışın bitməsinə 7 tur qalmış çempionluğu elan edib və tarixində 19-cu dəfə ölkə çempionu olub.  "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə çempionatın qalibi olmuşdu.

Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"u məğlub edib - 1:0

25 iyun

"Çelsi" - "Mançester Siti" - 2:1
Qollar
: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")


"Bernli" - "Uotford" - 1:0
Qol
: Rodriqes, 73

"Sauthempton" - "Arsenal" - 0:2
Qollar
: Nketia, 20, Uillok, 86







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər