27 avqust 2026. Cümə axşamı

Mourinyo - 200!


Mourinyo - 200!

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo üçün İngiltərə Premyer Liqasının 33-cü turunda "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri oyun əlamətdar olub.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu görüşlə portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb. O, Aleks Fergüsson, Arsen Venger, Harri Rednapp, Devid Moyesdən sonra 200-cü qələbə səddinə çatmağı bacaran 5-ci məşqçi olub.

Məşqçilər arasında Mourinyo matç sayına 200-cü qələbəsini (326 oyunda) təkcə Fergüssondan (322) gec qazanıb.(qol)







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın