21 mart 2026. Şənbə

Mənə zəng edə bilərlər - Qvardiola


Mənə zəng edə bilərlər - Qvardiola

“Əgər danışmaq istəsələr, mən buradayam. Hökm üç müstəqil hakim tərəfindən elan edildi".
 
Corner.az xəbər verir ki, bu sözləri "Sky Sports"a açıqlamasında "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis komandasının 2 mövsümlük Çempionlar Liqasından kənarlaşdırılma cəzasının ləğvi ilə bağlı qərarı tənqid edən Joze Mourinyo və Yurgen Kloppun cavabını verib:

"Bunu müzakirə etmək istəsələr, mənim telefon nömrəm onlarda var. Mənə zəng edə bilərlər və hər şeyi onlara izah edərəm. Problem deyil. Amma hesab edirəm ki, qərar aydın olduğu üçün nəsə müzakirə etməyimizin mənası yoxdur. Yalan və saxtakarlıqla bağlı fərziyyələr həqiqətə uyğun deyildi. Biz təmiz idik. Səhv etsəydik, CAS lazım olan qərarl verərdi. Özümümüzü müdafiə etdik və doğru olan qərar verildi". 

Qeyd edək ki, "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo İdman Arbitraj Məhkəməsinin "Siti" ilə bağlı son qərarını utancverici adlandırıb. "Liverpul"un baş məşqçisi Yurgen Klopp isə bu qərara şad olduğunu bildirməklə yanaşı, futbol üçün gözəl bir gün olmadığını demişdi.(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər