1 fevral 2026. Bazar günü

İnsanlar mənə fərqli gözlə baxırlar - Mourinyo


İnsanlar mənə fərqli gözlə baxırlar - Mourinyo

“İnsanlar mənə fərqli gözlə baxırlar. Onların başqalarından gözləmədikləri şeyləri mənim etməyimi istədiklərini bilirəm. Hətta bəzən qalib gəldiyimiz oyundan sonra verilən ilk sual meydana çıxmayan futbolçuyla bağlı olur".
 
Corner.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis komandasını növbəti mövsümə hazırladığını bildirib: "Bir futbolçu başqa məşqçiylə çalışanda heç bir problem olmur. Biz heyətimizlə bağlı təhlil aparırıq və müsbət işlər gördüyümüzü bilirik. Bunu “Portu”dakı təcrübəmlə də müqayisə edə bilərəm. Hazırda gördüyüm iş klubu növbəti mövsümə və turnirlərə hazırlamaq üçün təcrübə qazanmaqdır.

Turnir cədvəlindəki yerimiz təkcə bizimlə deyil, rəqibləri də təhlil etməklə bağlıdır. Bu məsələdə realist olmalıyıq”.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 37 turdan sonra 58 xalla 6-cı pillədə qərarlaşıb. (qol)







İngiltərə P.L.

“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"