8 noyabr 2026. Bazar günü

Aquero gündə 3 dəfə məşq edir


Aquero gündə 3 dəfə məşq edir

"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real" cavab matçında oynamaq üçün çalışır.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, dizindən əməliyyat olan argentinalı hücumçu bunun üçün gündə 3 dəfə məşq edir. İdman zalında çalışan 32 yaşlı futbolçu yaxın günlərdə yaşıl meydanda məşqlərə başlayacaq.

Ancaq çox güman ki, o, Madrid klubu ilə görüşə kimi hazır olmayacaq. "Mançester Siti" 1/4 finala çıxacağı təqdirdə, Aquero ən pis halda bu mərhələdə oynayacağına ümid edir.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”