8 may 2026. Cümə

Premyer Liqada yeni mövsümün start vaxtı açıqlandı


Premyer Liqada yeni mövsümün start vaxtı açıqlandı

İngiltərə Premyer Liqasında növbəti mövsümün başlayacağı tarix bəlli olub.

Corner.az yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 2020/2021 mövsümü sentyabrın 12-də start götürəcək.

Çempionata gələn il mayın 23-də yekun vurulacaq.

Qeyd edək ki, hazırkı mövsüm iyulun 26-da bitəcək. Çempion adını 30 ildən sonra "Liverpul" qazanıb.







İngiltərə P.L.