10 may 2026. Bazar günü

Keçmiş keçmişdə qalmalıdır - Qvardiola


Keçmiş keçmişdə qalmalıdır - Qvardiola

"Yaxşı matç keçirmək istəyirik. Bizim üçün əsl nəticə səhv etməmək və öz futbolumuzu oynaya bilməkdir. Düşünürəm ki, keçmişdə baş verənlər bizi daha yaxşı oynamağa vadar edəcək. Keçmiş keçmişdə qalmalıdır. Bu həyatdır, qəbul edilməlidir".

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkəri görüş haqda danışarkən deyib. 49 yaşlı mütəxəssis əsas məqsədlərinin "Real"a qalib gələ  biləcəklərini sübut etmək olduğunu bildirib:

"Bizim motivasiyamız odur ki, daha da irəli getmək istəyirik. Biz  yaxşı oyun oynaya və "Real"ı məğlub edə biləcəyimizi sübut etmək istəyirik.  Keçmişdə baş verənlər "Real"a keçirəcəyimiz matça təsir etməməlidir. Bunu başa düşmək lazımdır".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" - "Real" cavab maçtı avqustun 7-i keçiriləcək.(qol)







İngiltərə P.L.

 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi
“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”