8 noyabr 2026. Bazar günü

Manchester United səhv qərar verdi - Nevill


Manchester United səhv qərar verdi - Nevill

Garry Nevill sabiq klubu “Manchester United”lə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu “qırmızı şeytanlar”ın oyun fəlsəfəsini heç bir məşqçinin dəyişdirə bilməyəcəyini deyib:

“Heç bir məşqçiyə “Manchester United”də öz oyun fəlsəfəsini formalaşdırmaq üçün icazə verilməməlidir. Bu klubun oyun fəlsəfəsi “Barcelona”da, “Ajax”da olduğu qədər dərindir. Burda çıxış edən futbolçu sürətli oynayır, daim hücum edir. Bura gənc futbolçular gətirərək, onlara inanırsız. Və qalib olursuz.

Bəzən kubok qazana bilmədən illər keçirirsiz. Mən David Moyesi, Lui Van Qalı, eyni zamanda Joze Mourinyonu dəstəklədim. Onların burda uğur qazanacaqlarını ümid etdim. Amma düşünürdüm ki, “Manchster United” Mourinyonun təyinatı ilə bağlı səhv qərar verdi. Heç bir məşqçiyə bu kluba müxtəlif fəlsəfələri aşılamağa icazə verilməməlidir. Bu klubun hücum fəlsəfəsi var”. (komanda.az)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”