28 aprel 2026. Çərşənbə axşamı

İngiltərə klubundan baş məşqçiyə yeni müqavilə təklifi


İngiltərə klubundan baş məşqçiyə yeni müqavilə təklifi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə müqavilənin müddətini uzatmaq istəyir. 

Corner.az  "Daily Star"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisə illik 5 milyon funt sterlinq təklif edib. 

46 yaşlı baş məşqçi "Vulverhempton"dan heyətin güclənəcəyi ilə bağlı zəmanət istəyir. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. 

Qeyd edək ki, "Vulverhempton" 2019/2020 mövsümündə İngiltərə Premyer Liqasını 7-ci pillədə başa vurub. Komanda Avropa Liqasının 1/4 finalında İspaniya "Sevilya"sına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.







İngiltərə P.L.

“Çelsi” finalda
  • İngiltərə P.L.
  • 21:13 26.04.2026
“Çelsi” finalda
“Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 22:42 25.04.2026
“Arsenal”dan çətin qələbə
Haverts yenə zədələndi
  • İngiltərə P.L.
  • 22:07 25.04.2026
Haverts yenə zədələndi