6 dekabr 2025. Şənbə

İki ildir məni yox etməyə çalışanlar var - Özil


İki ildir məni yox etməyə çalışanlar var - Özil

"Arsenal”ın futbolçusu Məsut Özil maaşında endirim edilməsi ilə bağlı təklifi qəbul etməməsinin səbəbini açıqlayıb.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi açıqlamasında bunları deyib:


“Oyunçular olaraq pandemiyaya qarşı mübarizədə faydamızın olmasını istəyirdik. Amma daha çox məlumata ehtiyacımız var idi və bütün suallarımız cavabsız qalmışdı. Belə vəziyyətdə nə baş verdiyini bilmək, həmçinin pulumuzun hara getdiyini öyrənmək  haqqımız var. Dediyim kimi, kifayət qədər izah və məlumat almamışdıq. Çox tez qərar verməli idik və üzərimizdə basqı var idi. Bu qərarlar xüsusən də gənc oyunçular üçün ədalətli deyildi. Mən də həmin təklifi rədd etdim. Çünki övladımız yeni dünyaya gəlmişdi. Eləcə də ailəm və xeyriyyə cəmiyyətləri üçün görməli olduğum işlər var idi. Bundan əlavə maaşının endirilməsini rədd edən yeganə futbolçu mən deyildim. Lakin sadəcə mənim adım öndə çəkildi. İki ildir ki, məni yox etməyə və məyus olmağım üçün çalışanlar var. Bilmirəm, bəlkə də verdiyim bu qərar meydana çıxmaq şansıma da təsir etdi. Amma doğru qərar verdiyimi düşünürəm və buna görə də peşman deyiləm ". (qol)







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır