13 avqust 2026. Cümə axşamı

Premyer Liqada yeni mövsümün təqvimi bilindi


Premyer Liqada yeni mövsümün təqvimi bilindi

İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb. 

Corner.az-ın məlumatına görə, son çempion "Liverpul" ilk turda öz meydanında "Lids Yunayted"i qəbul edəcək.

London təmsilçilərindən "Arsenal" səfərdə "Fulhem"in, "Çelsi" isə "Brayton"un qonağı olacaq. 

I turdakı "Börnli" - "Mançester Yunayted" və "Mançester Siti - "Aston Villa" matçlarının vaxtları dəqiqləşdirilməyib. Buna səbəb Mançester təmsilçilərinin avrokubok oyunlarının gec bitirməsidir. İki komanda arasındakı derbi matçları dekabrın 12-də və martın 6-da olacaq. 

"Everton" və "Liverpul" arasındakı Mersisayd derbiləri 17 oktyabr və 20 fevrala təyin edilib. "Mançester Yunayted" və "Liverpul"un görüşləri isə 16 yanvar və 5 may tarixlərində keçiriləcək. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək. 









İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi