9 may 2026. Şənbə

Ture Qvardiolanı tənqid etdi


Ture Qvardiolanı tənqid etdi

“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture komandanın baş məşqçisi Pep Qvardiolanın fəaliyyətindən narazıdır.

Corner.az xəbər verir ki, kotdivarlı futbolçu “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, 49 yaşlı mütəxəssis işində o qədər də uğurlu deyil:

“Bu məşqçini ona görə çağırmışdılar ki, Çempionlar Liqasını qazansın. “Liverpul”a baxanda görürsən ki, onlar və digərləri çox xərc çəkmədən ÇL-də birinci olub. O zaman məyus olmaya bilmirsən. Hər şey “Mançester Siti”nin arzuladığı kimi deyil. Hamı qəbul edir ki, Qvardiola əla məşqçidir. Amma hər şey planlaşdırıldığı qaydada getməyəndə nəyisə dəyişmək lazım gəlir”.

Qeyd edək ki, Yaya Ture 2018-ci ildə “Mançester Siti”dən ayrılıb. Onun Qvardiola ilə münasibətlərinin yaxşı olmadığı bildirilir.(qol)







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi