9 may 2026. Şənbə

Sterlinq koronavirus testindən keçdi


Sterlinq koronavirus testindən keçdi

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq koronavirus testindən keçib.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, o, koronavirusa yoluxan əfsanəvi sprinter Useyn Boltun ad günü ziyafətində iştirak etdiyi üçün bu addımı atıb. 25 yaşlı hücumçuda testinin nəticəsi mənfi çıxıb və onda koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, Sterlinq avqustun 21-i 34 yaşını qeyd edən Boltun ad günü ziyafətində yer alıb. Ziyafət zamanı bütün qonaqlar tibbi maska taxmadan rəqs edib və sosial məsafəni qorumayıblar. Ad günü partisindın bir gün sonra testdən keçən Bolt da koronavirus aşkarlanıb.  Bundan sonra ziyafətdə olan bütün şəxslərin koronavirus testindən keçəcəyi qeyd olunub.(qol)







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi