22 iyun 2026. Bazar ertəsi

Matiç milli karyerasını başa vurdu


Matiç milli karyerasını başa vurdu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç Serbiya millisindəki karyerasını başa vurub.

Corner.az xəbər verir ki, 32 yaşlı oyunçu bir daha yığma komandada oynamamağa qərar verib.

Məlumata görə, Matiç Serbiya Futbol Federasiyası ilə yaşadığı münaqişənin ardından bu qənaətə gəlib. Qrum rəsmiləri təcrübəli futbolçunu bu qərarından daşındırmağa çalışsalar da, futbolçu fikrini dəyişməyib.

Qeyd edək ki, Matiç Serbiya millisinin UEFA Millətlər Liqası çərçivəsində sentyabrda keçiriləcək Rusiya və Türkiyə oyunları üçün milliyə çağırılmışdı. O,  bu günə qədər yığmanın heyətində 48 matç keçirib və 2 qol vurub.

 







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər