8 may 2026. Cümə

Superkubokun qalibi bəlli oldu


Superkubokun qalibi bəlli oldu

İngiltərə Superkuboku-2020-nin qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, superkubok görüşündə  son ölkə çempionu "Liverpul" və  ölkə kubokunun qalibi "Arsenal" qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.  Burada daha dəqiq olan (5:4) "Topçular" Superkubokun qalibi olub.

"Arsenal" - "Liverpul" - 1:1 (penaltilər seriyası - 5:4)
Qollar:
 Obameyanq, 12 (1:0), Minamino, 73 (1:1)

Bununla da London təmsilçisi tarixində 16-cı dəfə bu titulu qazanıb.







İngiltərə P.L.