8 may 2026. Cümə

Çelsi Premyer Liqa tarixinin üçüncüsü oldu


Çelsi Premyer Liqa tarixinin üçüncüsü oldu

İngiltərə çempionatının ilk turunun son matçında “Çelsi” səfərdə “Brayton”u məğlub edib -3:1.

Corner.az xəbər verir ki, bu qələbə London klubu üçün əlamətdar olub.

“Zadəganlar” dünənki qələbə ilə Premyer Liqa tarixində 2000-ci xallını qazanıb. Komanda bu nəticəni göstərən üçünçü klubdur. Daha öncə “Mançester Yunayted” (2234) və “Arsenal” (2014) bunu bacara bilmişdi.

Qeyd edək ki, “Çelsi”ni “Liverpul” (1951) və “Tottenhem” (1654) klubları izləyir.







İngiltərə P.L.