22 iyun 2026. Bazar ertəsi

Arsenal Obameyanqla müqaviləni uzatdı


Arsenal Obameyanqla müqaviləni uzatdı

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi qabonlu hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilədək uzadıb.

31 yaşlı futbolçu bu müddətdə ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir qazanacaq.

Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə "Borussiya"dan (Dortmund) keçib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər