6 dekabr 2025. Şənbə

Beyl Tottenhem'ə qayıdışını belə şərh etdi


Beyl Tottenhem'ə qayıdışını belə şərh etdi

Müqavilə ilə “Real”a məxsus olan Qaret Beyl icarə əsasında “Tottenhem”ə keçidini şərh edib.

Corner.az xəbər verir ki, 2007-13-cü illərdə də London təmsilçisində forma geyinmiş 31 yaşlı yarımmüdafiəçi geri qayıtdığı üçün məmnun olduğunu bildirib:

“Geri qayıtmaq əladır. “Tottenhem” mənim üçün xüsusi bir klubdur. Burada tanındım. İnanılmaz azarkeşləri var. Ümid edirəm ki, oyun formamı bərpa edərək, komandaya kömək edə bilərəm və kuboklar qazanarıq. Həmişə “Real”dan ayrılsam, "Tottenhem"ə geri qayıtmağın əla olacağını düşünürdüm. İndi isə fürsət yarandı. Hiss edirəm ki, mənim üçün xoşdur və tam vaxtındadır. Oynamaq üçün acam, motivasiyam var. Komandaya kömək etmək istəyirəm. Buna görə də matçları səbirsizliklə gözləyirəm. “Real”da oynayaraq, kuboklar əldə etdiyim və Uels millisinin heyətində çıxış edərək uğur qazandığım üçün qələbə ənənəsinə yiyələndiyimi düşünürəm. Finala çatana qədər bunları anlamırsan. Amma sonra vəziyyətin və üzərində olan təzyiqin  öhdəsindən gəlməyi bilirsən.  Bu, təcrübə ilə qazanılır. Ümid edirəm ki, kubok qazanmağımıza kömək olmaq üçün belə şeyləri “Tottenhem”in futbolçularına ötürəcəyəm. Yeni mövsüm üçün hədəf yalnız titul əldə etmək yox, bütün cəbhələrdə mübarizə aparmaqdır”. (qol)







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır