8 noyabr 2026. Bazar günü

Tottenham'ın oyunu koronavirus'a görə təxirə salındı


Tottenham'ın oyunu koronavirus'a görə təxirə salındı

İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan “Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayacaq.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Oyunun nə vaxtsa oynanılacağı və ya tamamilə ləğv olunacağı barədə müzakirələrin davam etdirildiyi bildirilib. Premyer Liqadakı sıx qrafik səbəbindən “Leyton Oriyent”ə texniki məğlubiyyət veriləcəyi də istisan edilmir.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”