21 mart 2026. Şənbə

Mançester Yunayted'dən qələbə, Çelsi xal itirdi


Mançester Yunayted'dən qələbə, Çelsi xal itirdi
İngiltərə Premyer Liqasında 3-cü turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. 
 
Turun açılış matçında “Mançester Yunayted” səfərdə “Brayton”un qonağı olub. Beş qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.
 
Ötən tur doğma meydanda “Liverpul”a məğlub olan “Çelsi”, bu dəfə səfərdə “Vest Bromviç”in qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
 
“Everton” səfərdə “Kristal Pelas”a qalib gəlib. “Sauthempton” isə “Bernli” səfərindən minimal hesablı qələbə ilə ayrılıb.
 
İngiltərə Premyer Liqası
3-cü tur
26 sentyabr
 
Brayton – Mançester Yunayted 2:3
Qol: Maupay, 40-pen. Mark, 90+5 – Dank, 43-öz qapısına. Reşford, 55. B.Fernandes, 90+10-pen.
 
Kristal Pelas – Everton 1:2
Qol: Kuyate, 26 – Kalvert, 10. Riçarlison, 40-pen.
 
Vest Bromviç – Çelsi 3:3
Qol: Robinson, 4; 25. Bertli, 27 – Mount, 55. Hodson-Odoi, 70. Abraham, 90+3.
 
Bernli – Sauthempton 0:1
Qol: İnqs, 5.






İngiltərə P.L.

“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər