1 may 2026. Cümə

Futbol ətir kimidir - Qvardiola


Futbol ətir kimidir - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolu ətirlə müqayisə edib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Premyer Liqanın 4-cü turunda “Lids Yunayted”lə matçdan (1:1) sonra komandasının oyunu  haqda danışarkən belə fikirlər səsləndirib:

“Bu əsl futbol deyil. Çünki tribunalarda azarkeşlər yoxdur. Bu ölkəyə gələn və illərdir ki, yüksək səviyyədə çıxış edən futbolçularla fəxr edirəm. Mövsümöncəsi normal hazırlıq prosesi keçməmişdik və problemlərimiz çox idi. Liqada lider olmaqdan uzağıq. Amma qələbə qazanmağa başlamalıyıq. Cəmiyyət qalibləri sevir. Futbol da ətir kimidir. Qələbə qazananda yaxşı qoxarsan, məğlub olanda isə iyrənc”.

Qeyd edək ki, “4 turdan sonra 3 oyun keçirən Mançester Siti” sıralamada 4 xalla 11-ci pillədədir. (qol)







İngiltərə P.L.

“Çelsi”nin Rosenyor seçimi səhv idi"
  • İngiltərə P.L.
  • 22:41 29.04.2026
“Çelsi”nin Rosenyor seçimi səhv idi"
“İndi daha inamlı və güclü oynayırıq”
  • İngiltərə P.L.
  • 23:53 28.04.2026
“İndi daha inamlı və güclü oynayırıq”
“Hazırda əla formadadır”
  • İngiltərə P.L.
  • 23:21 28.04.2026
“Hazırda əla formadadır”