23 iyun 2026. Çərşənbə axşamı

Mançester Yunayted və Liverpul darmadağın oldu


Mançester Yunayted və Liverpul darmadağın oldu
İngiltərə Premyer Liqasında 4-cü turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Son çempion “Liverpul” bu turda səfərdə “Aston Villa”nın qonağı olub və darmadağınla uduzub. 
 
Turun mərkəzi görüşü Mançesterdə baş tutub. “Mançester Yunayted” öz meydanında “Tottenhem”i qəbul edib. “Qırmızı şeytanlar” da biabırçı məğlubiyyətə uğrayıblar. 
 
“Lester” də “Vest Hem”lə ev oyunundan məğlub ayrılıb. 
 
“Arsenal” isə öz meydanında “Şeffild Yunayted”lə qarşılaşıb və turu qələbə ilə başa vurub.
 
İngiltərə Premyer Liqası
4-cü tur
3 oktyabr
 
Çelsi – Kristal Pelas 4:0
Qol: Çilluel, 50. Zuma, 66. Jorjinyo, 78-pen; 82-pen.
 
Everton – Brayton 4:2
Qol: Kalvert, 16. Mina, 45+2. Rodriqes, 52; 70 – Maupay, 41. Bissuma, 90+2.
 
Lids – Mançester Siti 1:1
Qol: Rodriqo, 59 – Sterlinq, 17.
 
Nyukasl – Bernli 3:1
Qol: Sent-Maksimin, 14. Uilson, 65; 77 – Vestvud, 61.
 
4 oktyabr
 
Lester – Vest Hem 0:3
Qol: Antonio, 14. Fornals, 34. Bouen, 83.
 
Sauthempton – Vest Bromviç 2:0
Qol: Djenepo, 41. Romeu, 69.
 
Arsenal – Şeffild Yunayted 2:1
Qol: Saka, 61. Pepe, 64 – Makqoldrik, 83.
 
Vulverhempton – Fulhem 1:0
Qol: Neto, 56.
 
Mançester Yunayted – Tottenhem 1:6
Qol: B.Fernandes, 2 – Ndombele, 4. Son, 7; 37. Keyn, 30; 79-pen. Orye, 51.
 
Aston Villa – Liverpul 7:2
Qol: Uotkins, 4; 22; 39. Makqinn, 35. Barkli, 55. Qriliş, 66; 75 – Salah, 33; 60.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər