27 avqust 2026. Cümə axşamı

Arsenal'ın fanatları Özil'ə dəstək oldu


Arsenal'ın fanatları Özil'ə dəstək oldu

 "Arsenal" klubunun azarkeşləri uzun müddət meydana çıxmayan Mesut Özilə dəstək olub.

Corner.az-ın məlumatına görə, London təmsilçisinin fanatları 32 yaşlı yarımmüdafiəçi üçün imza kampaniyası başladıb.

Azarkeşlər ilk olaraq 5 min imzanın toplanmasını hədəfləyiblər. Lakin qısa zaman ərzində minlərlə insan Almaniya yığmasının sabiq üzvünə dəstəyini ifadə edib. Onlar Özilin Premyer Liqa və Avropa Liqası matçlarında iştirak etməsini istəyiblər.

Qeyd edək ki, bu gün türk əsilli oyunçunun doğum günüdür. Mesut Özil daha əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək olub.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın