9 may 2026. Şənbə

Runi baş məşqçi olur


Runi baş məşqçi olur
“Derbi Kaunti” klubunun futbolçusu Ueyn Runi baş məşqçiliyə başlaya bilər.
 
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda klubda oynayan-məşqçi funksiyasını yerinə yetirən 34 yaşlı futbolçunun “Derbi Kaunti”də baş məşqçi Filip Kokunu əvəzləyə bilər.
 
Klub rəhbərliyi komandanın cari mövsümdəki çıxışından razı deyil. Dörd oyunun üçündə məğlub olan komandada Kokunun taleyi gələn həftə bəlli olacaq. Belə ki, oktyabrın 16-da keçiriləcək “Uotford”la oyunda komanda məğlub olsa, Koku istefaya göndəriləcək. Runi Kokunun ideal əvəzləyicisi olaraq görülür. 
 
Qeyd edək ki, Runi bu ilin yanvarından “Derbi Kaunti”də çıxış edir.






İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi