12 avqust 2026. Çərşənbə

Debüt etmək üçün komanda yoldaşını zədələdi


Debüt etmək üçün komanda yoldaşını zədələdi

 "Liverpul"un gənclərdən ibarət komandasının futbolçusu Tom Brüit qonaq olduğu "Football Journeys" verilişində maraqlı etiraf edib.

Corner.az xəbər verir ki, 23 yaşlı müdafiəçi əsas komandaya düşmək üçün məşq zamanı onunla eyni mövqedə çıxış edən Deniel Klirini zədələdiyini bildirib.

O, belə addımını "Liverpul"da debüt etmək üçün hər şeyə hazır olması ilə əlaqələndirib: "Məşq zamanı hər zaman ona yaxın oynayırdım və davamlı olaraq ayaqlarına vururdum. Klirini çox incitməməyə çalışırdım. Amma oynaya bilməməsi üçün əlimndən gələni edirdim. Nəticədə, münasib məqamda ona kobud sürüşmə fəndi edə bildim".

Hərəkətindən utanmadığın söyləyən müdafiəçi həmçinin bununla fəxr etmədiyini deyib.

Qeyd edək ki, Deniel Klerini zədələməsinə baxmayaraq, Tom Brüitin özü də eyni səbəbdən əsas komandada debüt edə bilməyib.(report)







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"