12 avqust 2026. Çərşənbə

Mançester Siti Arsenal'ı uddu, Liverpul və Çelsi xal itirdi


Mançester Siti Arsenal'ı uddu, Liverpul və Çelsi xal itirdi
İngiltərə Premyer Liqasında 5-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, turun açılış matçında “Everton”  “Liverpul”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı derbidə qalib müəyyənləşməyib.
 
“Çelsi” bu turda “Sauthempton”la qarşılaşıb. Londonda baş tutan və altı qolun vurulduğu bu matçda da qalib müəyyənləşməyib.

“Mançester Yunayted” isə səfərdə “Nyukasl”ın qonağı olub. “Qırmızı şeytanlar” bu matçdan inamlı qələbə ilə ayrılıb.
 
Turun mərkəzi görüşündə “Mançester Siti” öz meydanında “Arsenal”ı qəbul edib. “Şəhərlilər” bu oyundan minimal hesabla qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
5-ci tur
17 oktyabr
 
Everton – Liverpul 2:2
Qol: M.Kin, 19. Kalvert, 81 – Mane, 3. Salah, 72.
 
Çelsi – Sauthempton 3:3
Qol: Verner, 15; 28. Haverts, 59 – İnqs, 43. Adams, 57. Vesterqaard, 90+2.
 
Mançester Siti – Arsenal 1:0
Qol: Sterlinq, 23.
 
Nyukasl – Mançester Yunayted 1:4
Qol: Şou, 2-öz qapısına – Maquayr, 23. B.Fernandes, 86. Van-Bissaka, 90. Reşford, 90+6.
 






İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"