8 noyabr 2026. Bazar günü

Salah Liverpul'un 100-lər klubunda


Salah Liverpul'un 100-lər klubunda

"Liverpul"un futbolçusu Məhəmməd Salah "qırmızılar"ın "100-lər klubu"na daxil olub.

Corner.az xəbər verir ki, "Everton"a qarşı Mersisayd derbisində (2:2) komandasının qollarından birini vuran misirli hücumçu "Liverpul" formasında 100-cü dəfə fərqlənib. O, klubun heyətində 100+ qol vurmağı bacaran 17-ci futbolçu olub.

Sonuncu dəfə bunu 2008-ci ildə Stiven Cerrard bacarıb. "Liverpul" tarixinin ən məhsuldar futbolçusu isə uelsli sabiq hücumçu Yan Raşdı - 346 qol.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”