“Liverpul”un müdafiəçisi Vircil van Deyk əməliyyat olunacaq.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun əməliyyatdan sonra reabilitasiya proqramına başlayacağı bildirilir.
İngiltərə mətbuatının xəbərinə görə, Van Deyk mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, hollandiyalı müdafiəçi Premyer Liqanın 5-ci turunun “Everton”la matçında (2:2) zədələnmişdi.