21 mart 2026. Şənbə

Aquero meydanda olanda yaxşı çıxış edirik


Aquero meydanda olanda yaxşı çıxış edirik

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçusu Serxio Aqueronun komandadakı gələcəyi haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bunları deyib:

“Serxio indi hamımız kimi “Manester Siti”də qalmağa layiq olduğunu göstərməlidir. Yaxşı oynamağa davam etməli, qol vurmalı və qalib gəlməlisən. Bundan sonra isə klubla qərar verəcəyik. Əgər Aquero həmişəki səviyyəsində oynayarsa, bənzərsiz olduğu üçün özü ayrılmaq istəyənədək komandada qalacağına şübhə etmirəm. Bu bizim üçün, azarkeşlər üçün, hər kəs üçün vacibdir. Amma 4 aydır ki, matçlardan kənarda qalıb və qol vurmaq üçün mütəmadi məşq etməlidir. Ən əhəmiyyətlisi budur. Aquero meydanda olanda daha yaxşı çıxış edirik. Keçən mövsüm vacib məqamlarda onun yoxluğunu hiss etmişdik. Buna görə də onun qayıtması yaxşı xəbərdir”.(qol)







İngiltərə P.L.

“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər