24 noyabr 2024. Bazar günü

Vicdanım rahatdır - Artetadan Özil açıqlaması


Vicdanım rahatdır - Artetadan Özil açıqlaması

"Arsenal"ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Məsut Özilin Premyer Liqa oyunları heyətinə daxil edilməməsi qərarına münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Mənim tərəfimdən deyə biləcəyim tək şey bu qərarın tamamilə futbol üçün olmasıdır. Vicdanım rahatdır, çünki həmişə ona qarşı ədalətli olmuşam. Onunla ünsiyyətim həmişə yaxşı idi və qarşılıqlı gözləntilərimizin fərqində idik. Məsuta yetəri qədər şans verdim. Üç oyunçunu heyəta daxil etmədiyim üçün üzgünəm. Heç kim bundan razı qalmayacaq, amma qərarımın arxasındayam. Bu kluba gəldiyim gündən bəri Məsuta qarşı yaxşı münasibət göstərmişəm".

Arteta qərarının Özilin koronavirus səbəbindən illik maaşında 12,5 faiz  endirim tələbinin rədd etməsi ilə əlaqəli olub-olmadığı ilə bağlı suala isə belə cavab verib: "Oyunçularımdan maksimum yararlanmaq məcburiyyətindəyəm. Qərarımın hər hansı bir davranışla və ya maaş kəsilməsi məsələsi ilə əlaqəsi yoxdur. Bu qərarı mən vermişəm. Komandam üçün ən yaxşı Məsutu istəyirdim. Bəzi zaman buna çox yaxınlaşdı, amma edə bilmədiyi üçün bu qərarı verməli idim".

Qeyd edək ki, Özil Avroliqa üçün də heyətə daxil edilməmişdi.(qol)







İngiltərə P.L.

Arteta Tomiyasunun vəziyyətindən danışıb
  • İngiltərə P.L.
  • 21:33 22.11.2024
Arteta Tomiyasunun vəziyyətindən danışıb