8 may 2026. Cümə

Aquero yenə zədələndi


Aquero yenə zədələndi

"Mançester Siti”nin hücumçusu Serxio Aquero yenidən zədələnib.

Corner.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola Britaniya mətbuatına açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, argentinalı futbolçu 3-4 həftə meydana çıxa bilməyəcək: "Aquero zədəlidir. Bir futbolçu 4-5 aydan sonra meydana çıxırsa, zədələnmək riski olur. Onun zədəsini sağaltması 3-4 həftə çəkə bilər. Bütün futbolçulara, hər kəsin tam hazır olmasına ehtiyacımız var”.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Aquero yenicə sağalmışdı. 







İngiltərə P.L.