6 dekabr 2025. Şənbə

İndiki vəziyyət evlilik kimidir - Klopp


İndiki vəziyyət evlilik kimidir - Klopp

“Liverpul”un baş məşqçisi  Çempionlar Liqasının qrup mərhələsində “Midtülland”a qalib gəldikləri matçdan (2:0) sonra komandasının durumu haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis hazırkı vəziyyəti evliliyə bənzədib:

“Ağır axşam oldu. İndi baş verənlər evlilik kimidir. Yaxşı və pis anlar var. İndi pis an deyil, dəyişkəndir. Çətin bir oyun idi. Amma 2:0 hesablı qələbə tamamilə normaldır. Ona görə də davam edirik.

100 faiz birləşməli və daha çox mübarizə aparmalıyıq. Uşaqlar da bu gün tam olaraq belə etdilər. İlk yarıda Fabinyonu itirdik. Risu Uilliams cəmi 19 yaşındadır. O, Premyer Liqadan daha çox Çempionlar Liqası matçı keçirib. Düşünürəm ki, bu nadir haldır.

Yaxşı qələbə qazandıq. Amma komanda üçün şok oldu. Çünki yenə də zədə ilə bağlı bir şey etməliyik. Fasilədə Henderson komandadan kənarlaşdırılmalı idi. O, yaxşı olduğunu bildirdi. Amma yenə də belə anlarda məsuliyyətli davranmalısan. Əvvəlcə ona “Vest Hem”lə görüşə hazır olması üçün 45 dəqiqə vaxt verməyi planlaşdırıdıq.

Bizə lazım olan son şey Fabinyonun zədələnməsi idi. Budunda problem var. Bu da heç yaxşı deyil. Yüngül ağrısı vardı və oyuna davam edə biləcəyini dedi. Açıqcası, vəziyət elə də yaxşı deyil”.  (qol)







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır