1 fevral 2026. Bazar günü

WADA Sako'ya təzminat ödəyəcək


WADA Sako'ya təzminat ödəyəcək
Hazırda “Kristal Pelas”da çıxış edən Mamadu Sako Ümumdünya Antidopinq Agentliyini (WADA) məhkəməyə vermişdi.
 
Corner.az xəbər verir ki, məhkəməni 30 yaşlı futbolçu qazanıb. 
 
Bu barədə fransalı futbolçu “Tvitter” hesabında paylaşım edib. Sako belə çətin günlərdə yanında olan ailəsinə, dostlarına təşəkkür edib və həyatının ən vacib günlərindən birini yaşadığını deyib.
 
Məğlub olan WADA, Sakoya verilən cəzanın səhv olduğunu qəbul edərək, futbolçunun yaşadığı maddi zərəri qarşılamağa hazır olduğunu bildirib.
 
Sako “Liverpul”da çıxış edərkən – 2016-cı ilin aprelində verdiyi dopinq testi zamanı qadağan edilmiş maddə tapıldığı üçün 30 günlük futboldan kənarlaşdırılmışdı. Müdafiəçi bu səbəbdən Avropa Liqasının “Liverpul”la “Sevilya” arasında keçirilən final matçında iştirak edə bilməmişdi. Sako, 30 günlük qadağaya görə Fransa milli komandasındakı yerini də itirmişdi.
 
Dopinq testdə tapılan maddənin qadağan olunmadığı üzə çıxdıqdan sonra fransız müdafiəçi bəraət qazanmışdı. “Liverpul”dan ayrıldıqdan sonra futbolçu kimi qazancının və şəxsi markasının dəyərinin azaldığını iddia edən Sako, WADA-dan 14,5 milyon avro təzminat tələb edərək, qurumu məhkəməyə vermişdi.






İngiltərə P.L.

“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın