8 noyabr 2026. Bazar günü

İngiltərə futbolunun rəhbəri istefa verdi


İngiltərə futbolunun rəhbəri istefa verdi

İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark istefa verib.

Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Klarkın istefasına səbəb Parlamentdə təşkil olunan tədbirdə irqçiliyə yol verməsidir. O, çıxışı zamanı “rəngli futbolçular” ifadəsi işlədib.

Əvvəlcə millət vəkillərindən gələn, daha sonra isə cəmiyyətdə artan etirazlara görə Klark vəzifəsindən getməyə məcbur olub.

Assosiasiyaya müvəqqəti olaraq Peter Makkormik rəhbərlik edəcək.

Qreq Klark 2016-cı ildən İngiltərə futbolunun rəhbəri idi. 







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”