6 dekabr 2025. Şənbə

Koku istefaya göndərildi, Runi baş məşqçi oldu


Koku istefaya göndərildi, Runi baş məşqçi oldu
İngiltərənin “Derbi Kaunti” klubu baş məşqçisi Fillip Kokunu istefaya göndərib.
 
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
50 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Derbi Kaunti” bu mövsüm keçirdiyi 11 oyunda cəmi 1 qələbə qazanıb və 6 xalla 24 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Niderlandlı mütəxəssisin köməkçilərindən Kris van der Verden və Tvan Şipers də istefaya göndərilib. Daha öncə PSV və “Fənərbaxça”nın da baş məşqçisi olmuş mütəxəssis 2019-cu ilin yayından “Derbi Kaunti”ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında 65 oyun keçirib.
 
Çempionşip təmsilçisinin artıq yeni baş məşqçisi də bəlli olub. Britaniya mətbuatı komandanın hücumçusu, həm də oynayan məşqçi olan Ueyn Runinin bundan sonra “Derbi Kaunti”yə baş məşqçi kimi rəhbərlik edəcəyini iddia edir. Komandanı qarşıdakı “Bristol Siti” ilə oyuna da Runi çıxaracaq. Bu təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.






İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır