6 dekabr 2025. Şənbə

Arsenal'ın məşqində futbolçular arasında dava düşdü


Arsenal'ın məşqində futbolçular arasında dava düşdü

 "Arsenal"ın yığmaya çağırılmayan futbolçuları üçün məşqdə münaqişə baş verib.

Corner.az-ın  "The Athletic"ə istinadən məlumatına görə, hazırlıq prosesi zamanı müdafiəçi David Luis yarımmüdafiəçi Daniel Sebalyosu vurub. İnsident sərt toqquşmadan sonra baş verib. Luisin endirdiyi zərbədən sonra Sebalyosun burnundan qan açılıb. O, yerə yıxılsa da, dərhal ayağa qalxaraq, qarşılıq vermək istəyib. Lakin komanda yoldaşları və klub əməkdaşları toqquşmanın daha da böyüməsinə imkan verməyiblər. Hər iki futbolçu evlərinə göndərilib.

Xəbər mətbuatda işıq üzü gördükdən sonra Sebalyos şəxsi tvitterində bunu "feyk" adlandırıb. O, əlavə heç bir şərh verməyib.

Qeyd edək ki, bu mövsüm David Luis "Arsenal"ın heyətində 8 oyunda 1 qol vurub. "Real Madrid"dən icarəyə götürülmüş Daniel Sebalyos isə 11 matçda çıxış edib.(report)







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır