12 avqust 2026. Çərşənbə

Çelsi və Mançester Yunayted'dən qələbə, Siti Tottenhem'ə uduzdu


Çelsi və Mançester Yunayted'dən qələbə, Siti Tottenhem'ə uduzdu
İngiltərə Premyer Liqasında 9-cu turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında “Çelsi” səfərdə “Nyukasl”ın qonağı olub və inamlı qələbə qazanıb. “Aston Villa” evdə “Brayton”a uduzubsa, “Mançester Yunayted” “Vest Bromviç”ə minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü Londonda baş tutub. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” öz meydanında “Mançester Siti” ilə qarşılaşıb. İki cavabsız qolla qalib gələn London təmsilçisi zirvəni ələ keçirib.
 
İngiltərə Premyer Liqası
9-cu tur
21 noyabr
 
Nyukasl – Çelsi 0:2
Qol: Fernandes, 10-öz qapısına. Abraham, 65.
 
Aston Villa – Brayton 1:2
Qol: Konsa, 47 – Uelbek, 12. Març, 56.
 
Tottenhem – Mançester Siti 2:0
Qol: Son, 5. Lo Çelso, 65.
 
Mançester Yunayted – Vest Bromviç 1:0
Qol: B.Fernandes, 56-pen.






İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"