22 mart 2026. Bazar günü

Mançester Yunayted'dən qələbə, Arsenal uduzdu


Mançester Yunayted'dən qələbə, Arsenal uduzdu
 İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
 
Səfərdə “Sauthempton”un qonağı olan “Mançester Yunayted” əzmkar qələbə qazanıb. 
 
“Arsenal”  öz meydanında “Vulverhempton”u qəbul edib. London təmsilçisi bu görüşdə məğlubiyyətlə üzləşib. 
 
Turun mərkəzi görüşü də Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” öz meydanında Joze Mourinyonun çalışdırdığı “Tottenhem”lə qarşılaşıb. Paytaxt klublarının duelində qol qeydə alınmayıb.
 
İngiltərə Premyer Liqası
10-cu tur
27 noyabr
 
Kristal Pelas – Nyukasl 0:2
Qol: Uilson, 88. Joelinton, 90.
 
28 noyabr
 
Brayton – Liverpul 1:1
Qol: Qross, 90+3-pen – Jota, 60.
 
Mançester Siti – Bernli 5:0
Qol: Mahrez, 6; 22; 41; 69. Torres, 66.
 
Everton – Lids 0:1
Qol: Rafinya, 79.
 
Vest Bromviç – Şeffild Yunayted 1:0
Qol: Qallaxer, 13.
 
29 noyabr
 
Sauthempton – Mançester Yunayted 2:3
Qol: Bednarek, 23. Uord-Prouz, 33 – B.Fernandes, 59. Kavani, 74; 90+2.
 
Çelsi – Tottenhem 0:0
 
Arsenal – Vulverhempton 1:2
Qol: Qabriel, 30 – Neto, 27. Podense, 42.
 






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"