22 mart 2026. Bazar günü

Kavani irqçiliyə görə cəzalana bilər


Kavani irqçiliyə görə cəzalana bilər
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani cəzalandırıla bilər.
 
Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu Premyer Liqanın 10-cu turu çərçivəsində “Sauthempton”a qarşı keçirdikləri oyundan sonra “İnstagram” hesabında irqçi paylaşım edib. Bu barədə “Sky Sports” məlumat yayıb.
 
“Sauthempton”la matçda dubl edərək, komandasına qələbə qazandıran Kavani, sosial şəbəkə hesabında “təşəkkür edirəm, qara” yazıb. Uruqvaylı hücumçu 3 saat sonra paylaşımını silsə də, İngiltərə Futbol Assosiasiyası (FA) rəsmiləri daha əvvəl bu haqda məlumatlandırılıb.
 
FA-nın nizamnaməsinə görə, irqçi paylaşım edən futbolçu azı 3 oyunluq diskvalifikasiya olunur. Kavaninin də bu cəzaya məruz qalması gözlənilir.
 
Qeyd edək ki, “Mançester Yunayted” “Sauthempton”a səfərdə 3:2 hesabıyla qalib gəlib.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"