6 dekabr 2025. Şənbə

Arsenal Tottenhem'ə uduzdu, Liverpul'dan darmadağın


Arsenal Tottenhem'ə uduzdu, Liverpul'dan darmadağın
İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. 
 
“Kristal Pelas” səfərdə “Vest Bromviç”i darmadağın edibsə, “Şeffild Yunayted”in qonağı olan “Lester” çətin qələbə qazanıb.
 
Son çempion “Liverpul”  öz meydanında “Vulverhempton”la qarşılaşıb və darmadağınla qalib gəlib. Turun mərkəzi görüşü Londonda baş tutub. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” öz meydanında “Arsenal”la üz-üzə gəlib. Derbi meydan sahiblərinin qələbəsiylə başa çatıb
 
Bu tur keçirilməli olan “Aston Villa” – “Nyukasl” matçı qonaq komandanın heyətində bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
11-ci tur
5 dekabr
 
Bernli – Everton 1:1
Qol: Breydi, 3 – Kalvert, 45+3.
 
Mançester Siti – Fulhem 2:0
Qol: Sterlinq, 5. De Breyne, 26.
 
Vest Hem – Mançester Yunayted 1:3
Qol: Souçek, 38 – Poqba, 65. Qrinvud, 68. Reşford, 78.
 
Çelsi – Lids 3:1
Qol: Jiru, 27. Zuma, 61. Pulişiç, 90+3 – Bemford, 4.
 
6 dekabr
 
Vest Bromviç – Kristal Pelas 1:5
Qol: Qallaxer, 30 – Furlonq, 8-öz qapısına. Zaha, 55; 68. Benteke, 59; 82.
 
Şeffild Yunayted – Lester 1:2
Qol: Makbörni, 26 – A.Peres, 24. Vardi, 90.
 
Tottenhem – Arsenal 2:0
Qol: Son, 13. Keyn, 45+1.
 
Liverpul – Vulverhempton 4:0
Qol: Salah, 24. Veynaldum, 58. Matip, 67. Semedo, 78-öz qapısına.






İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır