Premyer Liqa klubu baş məşqçisini göndərdi
İngiltərənin "Vest Bromviç" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə yanaşı, onun üç köməkçisi də göndərilib.Biliçin qovulmasına komandanın uğursuz çıxışı səbəb olub.Qeyd edək ki, ötən ildən Biliçin çalışdırdığı "Vest Bromviç" hazırda 13 turdan sonra cəmi 7 xal toplayıb və 19-cu pillədə qərarlaşıb.