23 iyun 2026. Çərşənbə axşamı

Premyer Liqa klubunda yeni baş məşqçi


Premyer Liqa klubunda yeni baş məşqçi

 "Vest Bromviç"in yeni baş məşqçisi müəyyənləşib.

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sem Ellerdays təyin olunub. Onunla 1,5 illik müqavilə imzalanıb.

66 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Slaven Biliçi əvəzləyib.

Qeyd edək ki, Sem Ellerdays daha əvvəl İngiltərə millisi, "Everton", "Kristal Pelas", "Sanderlend" və "Vest Hem" kimi klublara başçılıq edib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər